Bu dəfə Azərbaycan və Avropa İttifaqı (Aİ) yüksək səviyyəli iqtisadi işçi qrupu yaradacaqlar. Tezadlar.az xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşünün nəticələrinə dair “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. Sitat: “Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla aktiv müzakirə apardıq. Regionda (Cənubi Qafqazda – red.) sülh bazarlar, ticarət və investisiyalar üçün imkanlar açır. Bunlardan yararlanmaq üçün Yüksək Səviyyəli İqtisadi İşçi Qrupu yaratmağı razılaşdırdıq. Biz tərəfdaşlığımızı gücləndirməyə davam edəcəyik”.







