Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 May 2025 / 21:34

Aİ iyun sonuna kimi Rusiyaya yeni sanksiya paketini qəbul edəcək

Avropa İttifaqı (Aİ) artıq Rusiyaya qarşı növbəti sanksiya paketini hazırlayır və bununla bağlı qərar iyunun sonunadək qəbul edilməlidir.

Bunu Almaniya kansleri Fridrix Merts Berlində Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə birgə mətbuat konfransında bildirib.

“Sanksiyalara gəlincə, Avropa İttifaqı artıq növbəti paketi hazırlayır. Bu məsələ ilə bağlı qərar iyunun sonunadək qəbul edilməlidir”, – o deyib. Kansler sanksiyaların enerji sektorunu, eləcə də “kölgə donanması”nı əhatə edəcəyini dəqiqləşdirib.

“Biz, o cümlədən mən özüm şəxsən bunu ardıcıl şəkildə və Avropa İttifaqının xətti ilə mümkün olan maksimum əməkdaşlıq çərçivəsində həyata keçirməkdə qətiyyətliyik. Biz bunu təkbaşına edə bilmərik. Lakin hələ də tərəddüd edən ölkələri bunun düzgün yol olduğuna inandırmağa çalışacağıq”, – F.Merts bildirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!