Əsas məzmuna keç

Aİ KİYEVƏ BU İL ÜÇÜN 1,5 MİLYARD AVROLUQ YARDIMIN SON PARTİYASINI GÖNDƏRİB

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, AK Ukraynaya 2023-cü il üçün 1,5 milyard avro məbləğində maliyyə yardımının son partiyasını köçürüb.

“Bu gün biz 2023-cü ildə Ukraynaya 18 milyard avroluq yardım paketimizdən 1,5 milyard avroluq yekun partiyasını köçürdük”, – deyə o, sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.

Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ukraynanın Aİ-yə qəbulunun təhlükəsizliyə sərmayə olacağını bildirmişdi.

​ E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…