Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 May 2025 / 14:07

Aİ-nin Rusiyaya qarşı 17-ci sanksiya paketi 189 tankerə təsir edəcək

Aİ-nin Rusiya əleyhinə sanksiyalarının 17-ci paketinə, Brüsselin məlumatına görə, müxtəlif ölkələrin bayraqları altında Rusiya neftini daşıyan 189 tankerə qarşı məhdudiyyətlər daxildir.

Tezadlar.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.

“Biz Rusiyanın enerji ixracatını vurmaq üçün 189 tankeri qara siyahıya salmışıq”, – o, sosial şəbəkədəki X səhifəsində yazıb.

Beləliklə, qara siyahıya düşən tankerlərin Aİ limanlarına daxil olması qadağan ediləcək. Avropa şirkətlərinə bu gəmilərlə hər hansı əməliyyatlar etmək qadağan ediləcək.

Bundan əvvəl məlum olub ki, Aİ-yə üzv ölkələrin səfirləri Rusiya əleyhinə sanksiyaların 17-ci paketi ilə bağlı razılığa gəliblər. “Bild” xəbər verir ki, yeni paketdə Rusiyanın enerji və bank sektorları, eləcə də gəmilər və gəmiçilik şirkətləri ilə bağlı məhdudiyyətlər var. O cümlədən, Aİ Rusiyadan qaz tədarükündən tamamilə imtina edə bilər. KİV-in məlumatına görə, mayın 20-də 17-ci sanksiyalar paketinin təsdiqi gözlənilir.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, görünməmiş təzyiqlərə, rəsmi olaraq 28 mindən çox sanksiyalara baxmayaraq, Rusiya iqtisadiyyatı nəinki sağ qalıb, əksinə, inamla inkişaf edir.

“Ötən il ÜDM dörd faizdən çox artıb. Ona görə də biz iqtisadiyyatdakı uğurlarımızla fəxr edə bilərik. Bununla belə, biz problemləri unutmamalıyıq”, – deyə Putin əlavə edib.

E.ŞİRİNOV     

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!