31 Yanvar 2026 / 18:18

Aİ Rusiyaya kömək etdiyinə görə Qırğızıstana qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır – KİV

Mediada yayılan məlumatlara görə, Avropa Birliyi Rusiyaya kömək etdiyinə görə Qırğızıstana qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

Tezadlar.az   Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, hazırda Rusiyaya qarşı müzakirə olunan yeni sanksiyalar paketinin bir hissəsi olaraq, Aİ ilk dəfə olaraq

Qırğızıstana ixrac edilən müəyyən avadanlıqlara qarşı sanksiyalardan yayınma iddiaları ilə mübarizə mexanizmini tətbiq etmək niyyətindədir.

Agentlik iddia edir ki, buraya respublikaya dəzgahların və müəyyən radio avadanlıqlarının ixracına qadağa da daxildir.

Avropa Birliyi Rusiyaya qarşı növbəti sanksiyalar mərhələsini 24 fevral 2026-cı ildə, Ukraynada hərbi əməliyyatların başlamasının dördüncü ildönümündə qəbul etməyi planlaşdırır. Bu barədə Aİ-nin Ali nümayəndəsi Kaya Kallas məlumat verib.

Brookings İnstitutunun hesablamalarına görə, Estoniyadan Qırğızıstana ixrac 10.000 faiz, Finlandiyadan 3.100 faiz, Polşa və Yunanıstandan 2.200 və 2.100 faiz, Norveç, Böyük Britaniya, Almaniya və Çexiyadan isə 1.000 faizdən çox artıb. İnstitutun iqtisadçısı Robin Bruksun sözlərinə görə, əslində “Qırğızıstan sonda Rusiyaya gedən Avropa ixracatının əsas təyinat yerinə çevrilib”.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!