Əsas məzmuna keç

Aİ Şurası Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib

Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib.

Avropa İttifaqının xarici işlər nazirləri Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib, 200-ə yaxın tanker qara siyahıya əlavə edilib.

Tezadlar.az xəbər verir ki, bu barədə Aİ-nin diplomatiya rəhbəri Kaja Kallas X-də yazıb.

“Aİ Rusiyaya qarşı 17-ci sanksiya paketini qəbul edib, digər şeylərlə yanaşı, 200 tankeri də hədəfə alıb”, – Kallas yazıb və əlavə edib ki, “yeni sanksiyalar artıq hazırlanır”.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…