Əsas məzmuna keç

Aİ UKRAYNA İLƏ BAĞLI NÖVBƏDƏNKƏNAR SAMMİT KEÇİRƏCƏK

Avropa İttifaqı (Aİ) liderlərinin Ukrayna, müdafiə və energetika məsələlərinə həsr olunacaq növbədənkənar iclası mayın 30-31-də keçiriləcək.

TASS xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviter səhifəsində yazıb.

Ş.Mişel qeyd edib ki, belə bir görüşün keçirilməsi ilə bağlı qərar Aİ-nin martın 10-11-də Versalda və martın 24-25-də Brüsseldə keçirilən sammitlərində müzakirə olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…