Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Genişlənmə üzrə Avropa Komissarı Marta Kos Ukrayna sülh planında Kiyevin siyasi birliyə üzvlüyünü özündə ehtiva edən bəndi alqışlayıb.
Tezadlar.az bu barədə UNIAN-a istinadən məlumat verib.
O, sülh planının son versiyalarından birində Ukraynanın 2027-ci ildən gec olmayaraq AB üzvü olmasını nəzərdə tutan bəndin olması barədə məlumatlara münasibət bildirib. Eyni zamanda, Kos qeyd edib ki, qərarın qəbul edilməsi üçün bütün AB ölkələrinin razılığı tələb olunacaq və “müəyyən bir məqamda yekdillik tapılacaq”. Avropa Komissarı bildirib ki, hər şey ölkədəki islahatların sürətindən asılıdır.
“Bu sülh planında Ukraynanın AB-yə daxil olmasından bəhs edilməsindən çox məmnunam. Bu, ilk layihədir. Görəcəyik sonda nə olacaq”, – Kos bildirib. Ukraynanın AB-yə qəbul tarixi açıqlanıb.
Daha əvvəl Britaniyanın “Financial Times” qəzeti ABŞ-ın təqdim etdiyi Ukrayna sülh müqaviləsinin 2027-ci il yanvarın 1-dək Avropa Birliyinə qoşulmağı nəzərdə tutduğunu bildirmişdi. Məqalədə qeyd olunur ki, Brüssel Ukrayna hakimiyyətinin istəklərini dəstəkləyir. Avropa Komissiyası Ukraynanın Aİ-yə qoşulması məsələsinə 2024-cü ildə baxmağı təklif etmişdi. Bu planlar Macarıstanın vetosu ilə pozuldu.
E.ŞİRİNOV