…Bəzi televiziya kanalları sosial proqramlar adı ilə ailələrin dağılmasında, boşanmaların artmasında sanki bir-biri ilə yarışa giriblər.
5 uşağı və 5 nəvəsi olan qadın evdən qaçır və bir televiziyanın sosial proqramı onu aylarla özünün sığınacağına yerləşdirib sou düzəltmək üçün min bir oyundan çıxır. Evdən qaçan qadını maarifləndirmək və müxtəlif vasitələrlə isti ocağına qaytarmaq əvəzinə onu göszəllik salonuna aparıb bəzək-düzək verərək efirə çıxarır və yeni ər axtarıarlar. Düşünmürlər ki, 5 uşağn anası və 5 nəvənin nənəsini nə qədər bəzəsələr də o nənədir. Buna baxıb digər qadınlar da 3,4 və5 uşağını atıb “Xəzər”, ARB, ATV kanallarının sosial proqramlarına üz tuturlar.
Bu da ailələrin dağılmasını, boşanmaların sayını sürətlə artırır. Ailələrin dağılmasının qarşısını almaq üçün milli mentalitetimizə, azərbaycançılığımza zidd olan belə “sosial” verilişlər təcili dayandırılmalıdır.
Əliqismət BƏDƏLOV