Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün Akademik Opera və Balet Teatrının direktoru Xalq artisti Yusif Eyvazov Mədəniyyət Nazirliyinə çağırılıb. Tezadlar.az sosial mediayada yayılanlara istinadla bildirir ki, buna səbəb son günlər Opera və Balet Teatrının bəzi əməkdaşlarının rəhbərliklə bağlı ciddi narazılıqlarıdır. Yusif Eyvazovla nazirlikdə bu məsələlər ətrafında müzakirə aparılıb, ona lazımi tapşırıqlar verilib. Lakin narazıların etirazları isə səngimir. Bu barədə ətraflı bəhs ediləcək.
Xatırlatma: neçə gündür ki, Akademik Opera və Balet Teatrında sənət adamları ilə teatr rəhbərliyi arasında qarşıdurma xarakterli müzakirələr gedir. Narazılığın isə pik həddə olduğu deyilir.