10 Aprel 2025 / 10:15

Akif Həsənov Gürcüstanın Müstəqillik Aktını imzalayan yeganə azərbaycanlıdır

1989- cu ilin 9 Aprel tarixi Gürcüstan tarixinə faciəvi günlə yanaşı, eyni zamanda dövlət müstəqilliyinin bərpası günü kimi də daxil olub. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, 1989-cu ilin aprelin 9-da sovet qoşunları Tbilisinin mərkəzində parlament binası qarşısında müstəqillik tələbi ilə keçirilən dinc aksiyanı amansızcasına dağıdıb. Nəticədə əksəriyyəti qadın olmaqla 21 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Qanlı hadisələrdən düz iki il sonra 1991-ci ilin aprelin 9-da Gürcüstan SSR-nin Ali Şurası “Dövlət Müstəqilliyinin Bərpası Aktı”nı qəbul edib. Həmin ilin martın 31-də dövlət mütəqilliyi ilə bağlı keçirilən ümumxalq referendumun nəticələrini əsas tutan sənədlə 1918-ci il 26 may tarixli Müstəqillik aktı və 1921-ci ilin Konstitusiyasının etibarlılığı elan olunub. Aktı Gürcüstan Ali Şurasının deputatları və hökumət üzvləri imzalayıblar. Sənədi imzalayanlar arasında Ali Şuranın Marneulini təmsil edən üzvü Akif Həsənov da olub. O, mühüm sənədə “А.Гасанов” (“A.Həsənov”) imzasını atmaqla Gürcüstanın müstəqilliyi tarixinə də adını yazmış olub.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!