Aktau Xəzər sahili boyu genişləndiriləcək – böyük turizm mərkəzinə çevriləcək

Oxunma sayı: 96

Qazaxıstanda Xəzər sahilində dənizkənarı istirahətin təşkilinə diqqət yetirməklə vilayət mərkəzini böyük turizm mərkəzinə çevrilməsi nəzərdə tutulur.
TEZADLAR.AZ Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, Aktauda vilayət məclisinin sessiyasında Aktau şəhərinin baş planına dəyişiklik və əlavələrə baxılıb.

Manqistau vilayətinin tikinti, memarlıq və şəhərsalma qurumunun rəhbəri Aydos Xamiyev məlumat verib ki, sənədə əsasən, şəhər şimal istiqamətində dəniz sahili ilə Akşükür kəndinə qədər genişlənəcək. Belə ki,  sənaye zonası cənubda qalacaq və onun miqyası şərqə doğru artacaq.

Bundan əlavə, yeni dəmir yolu stansiyası və sərnişin terminalı tikiləcək, Fort Şevçenkoya dəmir yolu xətti çəkiləcək.

Dənizkənarı istirahətin təşkilinə diqqət yetirməklə regional mərkəzin Qazaxıstanın əsas turizm mərkəzinə çevrilməsi də planlaşdırılır. Baş plana əsasən, kompakt Samal rayonunda Xəzər dənizi sahilinin rekreasiya zonaları boyunca istirahət zonalarının, çimərliklərin, akvaparkların, su attraksionlarının, yaxtalar üçün yanalma yerlərinin, su nəqliyyatı və kruiz laynerlərinin tikintisi nəzərdə tutulur.

Şəhər ticarət və əyləncə mərkəzləri də daxil olmaqla turistlər üçün müxtəlif çeşidli xidmətlərin təşkili üçün imkanlar yaradır.

 

JASMİN

Xəbəri paylaş

17 Aprel