AKTAUDA QƏZAYA UĞRAYAN TƏYYARƏNİN GÖYƏRTƏSİNDƏ SİLİNDR PARTLAYIB

Aktau yaxınlığında qəzaya uğrayan AZAL aviaşirkətinə məxsus təyyarənin göyərtəsində silindr partlaması baş verib.

Tezadlar.az bildirir ki, bu barədə Manqistau vilayətinin səhiyyə departamenti məlumat verib.

“Dekabrın 25-də saat 10:58-də (Bakı vaxtı ilə saat 09:58 – RED.) 1-ci dərəcəli təcili çağırış daxil olub (təyyarənin göyərtəsində silindr partladı). Hadisə yerinə 22 təcili yardım briqadası və 6 Tibbi Komissiyalar Mərkəzi briqadası göndərilib”, – deyə məlumatda bildirib.

E.ŞİRİNOV

Xəbəri paylaş