Əsas məzmuna keç

AKTRİSA PRİYA HAMİLƏLİYİN 8-Cİ AYINDA DÜNYASINI DƏYİŞİB

Hindistanlı aktrisa, 35 yaşlı doktor Priya hamiləliyinin səkkizinci ayında vəfat edib.

Bu barədə “India Today” yazır.

Məşhur televiziya ulduzu ürək tutmasından dünyasını dəyişib.

“O, səkkiz aylıq hamilə idi”, – nəşr yazır.

Qeyd olunur ki, həkimlər aktrisanın uşağını xilas edə bilib. Hazırda reanimasiya şöbəsindədir, həyatı və sağlamlığı üçün təhlükə yoxdur.

Qeyd edək ki, doktor Priya ixtisasca həkim olub və eyni zamanda aktyorluqla da məşğul olub. O, xəstəxanada işləyirdi və hamiləlik dövründə aktyorluq karyerasına ara vermişdi.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…