Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Əməkdar artist Vahid Əliyev bu gün axşam saatlarında vəfat edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf məlumat verib.
Qeyd edək ki, Vahid Əsgər oğlu Əliyev 7 fevral 1952-ci ildə Tovuz şəhərində anadan olmuşdur. 1974-cü ildə M. A. Əliyev ad. Azərbaycan Dövlət İncəsənət institutunun “Dram və kino aktyorluğu” fakültəsini bitirib. 23 dekabr 1975-ci ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur. 2011-ci ilin may ayında Əməkdar Artist fəxri adına layiq görülmüşdür. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür.
Aktyor 2022-ci ilin dekabr ayında infarkt keçirmişdir, 2023-cü ilin yanvar ayında isə açıq ürək əməliyyatı olunmuşdur.
O həm teatr səhnəsində, həm də filmlərdə çoxlu sayda yaddaqalan rollar ifa etmişdir.
Allah rəhmət eləsin.