7 Mart 2026 / 14:47

Ali Məhkəmənin hakimi Ürəktutmasından vəfat etdi- TƏƏSSÜF

Ötən gün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Kuimova Vera Gennadiyevna ürək tutmasından vəfat edib. 1962-ci il təvəllüdlü hakim yaşadığı mənzildə dünyasını dəyişib.

Tezadlar.az xatırladır ki, Kuimova Vera Gennadiyevna 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1979-1982-ci illərdə Naxçıvan Muxtar Respublikası “Sovetskaya Naxçıvan” qəzetində müxtəlif vəzifələrdə çalışıb. 1987-1988-ci illərdə vəkil stajor, 1988-2000-ci illərdə vəkil işləyib. O, 2000-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub. 07 mart 2008-ci il tarixdə Naxçıvan MR Ali Məclisi Sədrinin Fərmanı ilə “Əməkdar hüquqşünas” fəxri adı, Azərbaycan Respublikası Prezidentinin 01 mart 2016-cı il tarixli Sərəncamı ilə ”Tərəqqi” medalı ilə təltif olunub.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!