Əsas məzmuna keç

ALİ RADA BAŞ NAZİR MÜAVİNİNİN İSTEFASINI TƏSDİQLƏMƏYİB

Ali Rada baş nazirin müavini – Ukraynanın nəzarət olunmayan ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşçukun istefasını təsdiqləməyib.

Tezadlar.az xəbər verir ki, bunu ukraynalı deputat Yaroslav Jeleznyak bildirib.

Jeleznyakın sözlərinə görə, onun işi ilə bağlı heç bir hesabat olmayıb. Təklif tələb olunan 226 səsdən 214-ü toplayıb.

Bundan əvvəl Ali Radanın rəhbəri Ruslan Stefançuk bildirib ki, Kuleba istefa ərizəsini təqdim edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kulebanın mümkün istefasının Kiyevlə danışıqlar prosesinin perspektivlərinə təsir etməyəcəyini bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…