Əsas məzmuna keç

ALMANİYA İRANIN İSRAİLƏ HÜCUMUNU PİSLƏYİR

İran üçüncü qüvvənin istifadəsi də daxil olmaqla, İsrailə qarşı növbəti hücumlardan çəkinməlidir. Yaxın Şərqdəki bütün dövlətlər təmkinli davranmalıdır.

Tezadlar.az xəbər verir ki, bunu Berlində çıxışı zamanı Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

“Ekskalasiya spiralı qırılmalıdır. Biz birlikdə zorakılığa son qoymağın bir yolunu tapmalıyıq”, – Berbok deyib.

Onun sözlərinə görə, regionda ehtiyatlı davranmaq lazımdır, əks halda vəziyyət “gözlənilməz nəticələrlə” nəticələnə bilər.

Berbok hesab edir ki, son hadisələr “İsrailin gücünü” və “İranın təcrid olunmasını” göstərdi.

Nazir həmçinin bəyan edib ki, Almaniya və tərəfdaşları Yaxın Şərqdəki vəziyyəti izləyir və İranın hücumunun mümkün nəticələrini təhlil edirlər.

Bundan əvvəl Fransa Xarici İşlər Nazirliyi vətəndaşlara müraciət edərək onları İranı tərk etməyə çağırıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…