Əsas məzmuna keç

ALMANİYA NATO-NUN BALTİKYANI DƏNİZ QÜVVƏLƏRİNİ İDARƏ ETMƏK NİYYƏTİNDƏDİR

Almaniya Baltik dənizi regionunda NATO dəniz qüvvələrinə nəzarəti ələ keçirmək niyyətindədir.

Tezadlar.az xəbər verir ki, bunu “The Japan Times” qəzetinə Almaniya Hərbi Dəniz Qüvvələrinin baş komandanı, vitse-admiral Yan Kristian Kaak deyib.

Vitse-admiralın sözlərinə görə, Almaniya Baltik dənizində ən böyük NATO donanmasına malikdir.

Bundan əlavə, Almaniya Hərbi Dəniz Qüvvələri Baltik dənizinin yerüstü və sualtı zonalarında “görkəmli regional təcrübəyə və geniş kəşfiyyat imkanlarına” malikdir.

Bununla bağlı Berlin NATO-ya Baltik dənizi regionunda regional komandanlıq və nəzarət üçün məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu bildirib.

Koordinasiya mövcud milli mərkəz əsasında Rostokda xüsusi qərargah tərəfindən həyata keçiriləcək.

Kaak həmçinin Berlinin dəniz kommunikasiya marşrutlarının qorunmasına diqqət yetirdiyini və “qaydalara əsaslanan beynəlxalq nizama sadiqliyini” ifadə edib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…