ALMANİYA XİN RUSİYAYA QARŞI YENİ SANKSİYALAR TƏTBİQ ETMƏYƏ ÇAĞIRIB

Oxunma sayı: 32

Rusiya Finlandiya və Estoniyanı birləşdirən EstLink 2 sualtı kabelinin zədələnməsində əli olduğu iddiasına görə Avropa İttifaqının (Aİ) yeni sanksiyaları ilə üzləşməyə hazırlaşır.

Tezadlar.az “Berliner Morgenpost”-a istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Barbok deyib.

“Avropa İttifaqına yeni sanksiyalar tətbiq edilməlidir”, – Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Barbok həmçinin milli müdafiə xərclərini artırmağa çağırıb və əlavə edib ki, Almaniya NATO tərəfdaşları ilə birlikdə “Baltik dənizini hibrid təhlükələrdən qorumaq” yollarını müzakirə edir.

Bundan əvvəl Finlandiya hüquq-mühafizə orqanlarının əməkdaşları Kuk adalarının bayrağı altında Eagle S tankerini EstLink 2-yə ziyan vurmaqda şübhəli bilinərək saxlayıblar. Finlandiyada gəmi Rusiyanın kölgə donanmasında iştirakda şübhəli bilinir.

Estoniya ilə Finlandiya arasında telekommunikasiya xəttinin kəsilməsi dekabrın 25-də məlum olub. Ertəsi gün Finlandiya hadisə ilə bağlı araşdırmaya başlayıb.

E.ŞİRİNOV

Xəbəri paylaş

26 Aprel