9 Noyabr 2025 / 19:45

Almaniya Gürcüstandakı səfirini geri çağırdı…

“Almaniya səfirinin geri çağırılması Gürcüstan hökuməti üçün çox aydın diplomatik siqnal idi; gözləyirik ki, səfirə qarşı şəxsi hücumlardan qaçınılsın”. Tezadlar.az xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 7 noyabrda Almaniyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, Berlin Gürcüstan hökumətindən gözləyir ki, “səfirə qarşı şəxsi hücumlardan qaçınılsın.” Katib həmçinin qeyd edib ki, bir neçə həftə əvvəl Tbilisidən səfirin məsləhətləşmələr üçün geri çağırılması “Gürcüstan hökuməti üçün çox aydın diplomatik siqnal idi.” Katib əlavə edib ki, 6 noyabrda Gürcüstana qayıdan Peter Fişer “öz sədaqətli işini davam etdirəcək.” Onun sözlərinə görə, Gürcüstan hökuməti ilə də danışıq aparılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!