Əsas məzmuna keç

İrlandiyada inanılmaz hadisə: ABŞ hərbi təyyarəsinə balta ilə hücum

Bu gün səhər İrlandiyanın Şennon Hava Limanında bir kişi Amerika hərbi təyyarəsinin qanadına çıxaraq gövdə və qanadı balta ilə zədələməyə başlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə yerli “TheJournal” saytı məlumat yayıb.

“Kişi hava limanının uzaq yönləndirmə yolunda park edilmiş ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “C130 Hercules” hərbi nəqliyyat təyyarəsinin yanında görülüb”, – məlumatda bildirilib.

Hadisə yerinə hava limanının polis əməkdaşları və yanğın-xilasetmə xidməti, eləcə də polis və İrlandiya Müdafiə Qüvvələrinin hərbi qulluqçuları cəlb olunub.

Qeyd edilib ki, şübhəli şəxs saxlanılıb. Mənbələrdən birinin sözlərinə görə, hava gəmisi ciddi zədələr alıb.

Təhlükəsizlik tədbirlərinin pozulmasından sonra hava limanı təxminən 30 dəqiqə bağlı qalıb. Hazırda onun fəaliyyəti bərpa olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…