Əsas məzmuna keç

Livan bombardmanlarında ölənlərin sayı 2000-i ötdü — Beynəlxalq ictimaiyyət təşvişdədir

Cari ilin martın 2-dən bəri İsrailin hücumları səbəbindən Livanda həlak olanların sayı 2000 nəfəri ötüb.

Tezadlar.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

“İsrailin hücumları nəticəsində 2 020 nəfər həlak olub və 6 436 nəfər yaralanıb”, – bəyanatda qeyd olunub.

Daha əvvəl bildirilmişdi ki, İsrail və “Hizbullah” arasında eskalasiyanın başlamasından bəri Livanda 1 888 nəfər həlak olub.

Aprelin 9-da Livanın Baş naziri Nəvaf Salam bildirib ki, ölkə hökuməti davam edən İsrail zərbələrinə görə BMT Təhlükəsizlik Şurasına şikayət ünvanlayacaq.

 

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…