Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Problemlər artdıqca ölkənin iqtisadi vəziyyəti daha da pisləşəcək
Almaniyanın iqtisadiyyat naziri Katerina Reyx ölkənin iqtisadi vəziyyətini qiymətləndirdi və almanlara sosial dövlət modelini qorumaq üçün daha uzun müddət işləməli və ya daha gec təqaüdə çıxmalı olduqları barədə xəbərdarlıq etdi.
Tezadlar.az bildirir ki, o, bu barədə t-online portalına məlumat verib.
“Almaniyada iqtisadi vəziyyət çox ciddidir. Almaniya Federativ Respublikasının qurulmasından bəri ilk dəfə olaraq, gələcək nəslin indikindən daha yaxşı yaşayacağı vədini yerinə yetirə bilmərik”, – deyə o bildirib.
Reyx, onun fikrincə, Almaniyada iqtisadi vəziyyəti pisləşdirən bir neçə struktur problemi müəyyən edib. Bunların arasında yüksək enerji qiymətləri və geosiyasi dəyişikliklər var.
“Demoqrafik dəyişiklik, əmək bazarı, sosial təminat sistemləri və yüksək enerji xərcləri ilə bağlı problemlər geosiyasi yenidənqurma ilə daha da çətinləşir: ixrac Almaniyanı güclü etdi, amma indi onların azalması bizi geridə qoyur”, – deyə iqtisadiyyat naziri vurğulayıb.
Bundan əlavə, o, ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi tariflərdən də bəhs edib. Bu tədbirlər Almaniyanın hazırkı “biznes modelini” təhlükə altına qoyub. Ölkədə iqtisadi artımın stimullaşdırılması məsələsini müzakirə edərkən, o, ya pensiya yaşının artırılmasını, ya da iş həftəsinin müddətinin artırılmasını müdafiə edib.
“Müqayisə üçün, Almaniyada ildə işlənən saatların sayı ABŞ-dakından 25% azdır. Qarşıdan gələn pensiya islahatlarını nəzərə alsaq, bu, həm də iş ömrünün uzunluğu məsələsini müzakirə etməli olduğumuz və əslində pensiya yaşının artırılması deməkdir”, – deyə o qeyd edib.
Reyx bildirib ki, iqtisadi artım almanların hazırkı formada rifah dövlətini təmin edə bilməsi üçün əsas şərtdir.
Avqust ayında Almaniya kansleri Fridrix Merts Almaniyanın artıq “rifah dövləti”ni maliyyələşdirə bilməyəcəyini bəyan edib. Ölkə iqtisadiyyatı illərdir görünməmiş bir tənəzzül yaşayır ki, bu da əsasən hökumətin Rusiya qazını almaqdan imtina etməsi də daxil olmaqla, özünü məhv edən siyasəti ilə bağlıdır.
3 dekabrda Almaniya kansleri Fridrix Merzin təsdiq reytinqinin vəzifəyə başlamasından altı aydan az müddət sonra rekord həddə – 22%-ə düşdüyü bildirilib.
E.ŞİRİNOV