Almaniyanın yeni xarici işlər naziri Yohann Vadeful bildirib ki, Berlin Ukraynanın əsas müttəfiqlərindən biri olmağa davam edəcək və Rusiya münaqişəni dayandırana qədər Kiyevi dəstəkləyəcək.
Tezadlar.az xəbər verir ki, onun sözlərini N-TV kanalı sitat gətirib.
“Biz lazım olanı edirik və Rusiya bu müharibənin dayandırılmalı olduğunu, danışıqlar masasına gəlməli olduğumuzu və atəşkəs rejimini tez və ardıcıl şəkildə həyata keçirməli olduğumuzu başa düşənə qədər bunu edəcəyik”, – Vadeful bildirib.
Bundan əvvəl Vadeful XİN rəhbəri kimi Ukraynaya hərtərəfli dəstək kursunu davam etdirəcəyini bəyan edib. Siyasətçi anti-Rusiya mövqeyindədir. O, xüsusən də Almaniyanın Ukraynaya uzaqmənzilli “Taurus” qanadlı raketlərini ötürməsinin tərəfdarıdır.
E.ŞİRİNOV