ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşnerin Kiyevə səfəri Rusiyanın Ukraynadakı hərbi və enerji obyektlərinə hücumlarının intensivləşməsi ilə əlaqədardır.
Tezadlar.az xəbər verir ki, bu barədə hazırda Ukrayna paytaxtında olan Welt TV müxbiri Kristof Vanner bildirib.
O qeyd edib ki, Rusiya qoşunları Ukraynanın müxtəlif şəhərlərindəki metallurgiya zavodlarına, limanlara və logistika mərkəzlərinə hücum edir və hücumların intensivliyi artır.
Müxbir hesab edir ki, “Məhz buna görə də Uitkoff və Kuşner indi Kiyevə gəliblər və Ukrayna Prezidenti Vladimir Zelenskiyə ABŞ prezidentinin iki elçisindən pul istəmək imkanı veriblər”.
Vannerin qeyd edib ki, Ukraynanın gələn il üçün büdcə kəsiri təxminən 32 milyard dollardır və Qərb ölkələrinin genişmiqyaslı yardımı ilə belə bunu ödəmək mümkün olmayacaq.
Qeyd edək ki, Uitkoff və Kuşner 6 sentyabrda Kiyevdə Zelenski ilə görüşüblər. Trampın xüsusi nümayəndəsi Ukrayna lideri ilə danışıqları çox məzmunlu adlandırıb.
ELBAR







