Federal Kanslerin rəhbəri, Almaniyanın xüsusi tapşırıqlar üzrə naziri Volfqanq Şmidt Berlinin Ukraynaya yardıma 40 milyard avro xərclədiyini bəyan edib.
Onun sözlərinə görə, Kiyevə ən çox yardım edən Avropa ölkəsi Almaniyadır. “Qaçqınların xərcləri də daxil olmaqla, biz 40 milyard avrodan çox xərcləmişik”, – Tezadlar.az xəbər verir ki, siyasətçi “El Pais” qəzetinə müsahibəsində deyib. – “Müharibə başlayanda ehtiyacları qarşılamaq üçün kifayət qədər böyük bir müdafiə sənayemiz yox idi.”
“Hətta Almaniya kimi zəngin bir ölkə üçün belə məbləğlərin artırılması ciddi problemdir”, – Şmidt bildirib, – “Hökumət koalisiyasında Ukraynanı dəstəkləmək üçün yeni kreditlərdən istifadənin mümkünlüyü ilə bağlı konsensus yox idi”.
Nazirin sözlərinə görə, Berlinin vəzifəsi Kiyevə yardımın göstərilməsi üçün əhalinin dəstəyini təmin etməkdən ibarət idi və bu qalır. “Və maraqlı bir hadisə baş verdi: media bizi kifayət qədər silahla təchiz etmədiyimiz üçün tənqid etdi, halbuki əhalinin demək olar ki, yarısı, xüsusən də Almaniyanın şərqində bizim köməyimizlə müharibəni uzatmaqda günahlandırdı”, – deyə Şmidt yekunlaşdırıb.
ELBAR