Əsas məzmuna keç

Almaniya və Ukraynanın XİN rəhbərləri Odessada hava müdafiəsini müzakirə ediblər

Almaniyanın xarici işlər naziri İohan Vadeful ukraynalı həmkarı Andrey Sibiqa ilə birlikdə Odessaya səfər edib.

“Tezadlar.az” xəbər verir ki, bu barədə Ukrayna XİN rəhbəri sosial şəbəkədəki səhifəsində yazıb.

“Gördüklərimiz açıq şəkildə göstərir ki, Ukraynanın hava qalxanını gücləndirmək nə qədər aktualdır. Xalqımızı, iqtisadiyyatımızı və qlobal ərzaq təhlükəsizliyini qorumaq üçün”, – Sibiqa qeyd edib.

O vurğulayıb ki, tərəflər Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi və yeni müdafiə sistemlərinin tədarükü zərurətini müzakirə ediblər.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…