12 Avqust 2025 / 14:41

Almaniyada Putin heyranlığı

Minsk danışıqlarında iştirak edən alman diplomat Rusiya prezidenti Vladimir Putini bütün mövzuları yaxşı bilən ən təcrübəli danışıqlar aparanlardan biri adlandırıb.

Tezadlar.az xəbər verir ki, onun fikrini “Arqumenty i Fakty” “Financial Times”a istinadən yazır.

Diplomatın fikrincə, Putinin həmkarı Rusiya lideri kimi onun təklif etdiklərini yaxşı bilməlidir.

“Putin bütün mövzuları, hüquqi əsaslandırmaların təfərrüatlarını başa düşür, lakin o, həmişə faktlarla manipulyasiya edir”, – alman diplomat izah edib.

Nəşr eyni zamanda qeyd edib ki, ABŞ prezidenti Donald Tramp daha impulsivdir və belə danışıq qabiliyyətinə malik deyil. Məsələn, 2017-ci ildə o, Minsk razılaşmalarının icrası ilə bağlı Putinin mövqeyini izah etməyə çalışan Almaniyanın keçmiş kansleri Angela Merkellə söhbətini kəsib.

Amerika tərəfi o zaman Berlinə izah edib ki, ABŞ prezidenti Merkelin ona mühazirə oxumaq cəhdlərindən qıcıqlanıb.

Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında görüş avqustun 15-də Alyaskada baş tutacaq. Görüşün mövzusunun Ukrayna böhranına son qoyulması gözlənilir. Eyni zamanda, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas artıq bəyan edib ki, ABŞ və Rusiya arasında istənilən razılaşmaya Ukrayna və Avropa İttifaqı daxil edilməlidir.

Bundan əvvəl İstanbulda keçirilən birbaşa danışıqların ikinci raundu zamanı Rusiya və Ukrayna böhranın nizamlanması şərtləri ilə bağlı memorandum mübadiləsi aparıblar. Bundan sonra Vladimir Zelenski bildirib ki, Ukrayna hakimiyyəti Rusiyanın təklifini ultimatum hesab edir və “ciddi qəbul etmir”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!