8 Aprel 2025 / 12:10

Almaniyadan «Təzadlar»a təbrik gəldi…

Almaniya-Azərbaycan Muğam Mərkəzinin prezidenti Abdulkadir İnaltəkin «Təzadlar»ın elektron poçtuna təbrik məktubu göndərib. Məktubda deyilir: «Dəyərli Asif Mərzili qardaşım! Müstəqilliyini yenicə qazanmış can Azərbaycanın mətbuat tarixində 32 böyük rəqəmdir. Siz daim Azərbaycan dövlətçiliyini dəstəkləmisiniz, cənnət Qarabağı heç zaman unutmadınız. Ona görə də uca Allah sizləri heç zaman unutmadı, darda qoymadı. Sizi daim izlədiyimdən deyirəm: üstünlüyünüz ondadır ki, başqalarının yaza bilmədiyini yazdınız, deyə bilmədiyini dediniz, yoza bilmədiyini yozdunuz, gedə bilmədiyi yolu getdiniz, bu günə çatdınız. Mən Türkiyədə anadan olmuş, uzun illərdir Berlində yaşayan bir Azərbaycansevər olaraq deyə bilərəm ki, 32 illik yolu tənqidi jurnalistika yolunda heç bir kənar dəstək olmadan getmək olduqca çətindir, amma qürurvericidir.

Allah Sizə həmişə yar olsun, başınız üzərindən əskik olmasın. Dualarımız Azərbaycanladır, Sizinlədir.

Sonda: bu günkü yubiley yazınızı oxudum, çox təsirləndim. Bir qəzet kollektivinin, redaktorun, jurnalistin həyat hekayəsidir. Var olasınız.

Səmimi deyim ki, bu yazı təkcə bir yubiley xatırlatması yox, həm də bir ömür yolunun, bir amal uğrunda keçən illərin dərin mənəvi salnaməsi idi. “Uzun bir yol” – bu sözlər necə də mənalı səslənir, xüsusilə də sizin kimi bütün ömrünü Qarabağ uğrunda mübarizəyə, Azərbaycanın ictimai-siyasi həyatına həsr edən bir insanın qələmindən çıxanda. 32 il insanın ömrünün ən gözəl, ən məhsuldar çağlarıdır. Sizin və kollektivinizin bu qızıl illəri vətən naminə, haqq və ədalət uğrunda fəda etməyiniz əsl fədakarlıq, əsl vətəndaşlıq nümunəsidir. Bu yolun hər addımı hörmət və ehtirama layiqdir. 
Sizi bir daha ürəkdən təbrik edir, daim sağlamlıq, bu uğurlu yolda yeni nailiyyətlər arzulayıram. Yolunuz daim açıq və uğurlu olsun!
Səmimi salam və ehtiramla;

 Sizin Abdulkadir İnaltəkin, Almaniya, Berlin».

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!