Almanlar Almaniya kansleri Fridrix Mertsin vədlərinə olan inamı itirirlər.
Tezadlar.az xəbər verir ki, Avstriya prezidenti Frank-Valter Ştaynmayerlə danışan Karin Knaysl deyib: “Düşünmürəm ki, hazırkı hökumət özünə olan inamı bərpa edə biləcək”, – deyə siyasətçi vurğulayıb.
Almaniya prezidenti Frank-Valter Ştaynmayerin “Veymar Respublikasının taleyinin təkrarlanması ehtimalı” ilə bağlı açıqlamasına münasibət bildirən Knaysl qeyd edib ki, Almaniyada vəziyyət indi tamamilə fərqlidir. Onun fikrincə, seçicilər həm solçu, həm də sağçı partiyalara meyllidirlər, lakin etimadın itirildiyi hakim demokratik partiyalara yox.
“Və bu, yalnız Almaniyada deyil. Biz bunu Fransada və digər ölkələrdə də görürük. Və 1930-cu illərdə Almaniyadakı Veymar Respublikası – əlbəttə ki, fərqli bir dövr idi”, – deyə o qeyd edib.
Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin birinci müavini Dmitri Novikov bir müddət əvvəl bildirib ki, Mertsin Rusiya prezidenti Vladimir Putinə Ukrayna ilə bağlı sülh danışıqları ilə bağlı müraciəti, sadəcə dialoqa başlamağı təklif etsəydi və Kiyevə təsir edəcəyinə söz versəydi, problem olmazdı.
E.ŞİRİNOV







