Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xəbər verildiyi kimi, Bakıdakı “Alov Qüllələri” kompleksinin ətraf ərazisində hidrogeoloji və sürüşmə ilə bağlı tədqiqat aparılacaq. Tezadlar.az Bakı Meriyasına istinadla bildirir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti hazırlıqlara başlayıb. Məlumatda bildirilir ki, bununla bağlı Yaponiyanın “Shinyei Kaisha” şirkətindən 61,8 min manatlıq avadanlıqlar alınacaq.
Sosial mediada tikinti üzrə bəzi ekspertlərə istinadla belə bir ehtimallar da var ki, “Alov Qüllələri” Kompleksi dağüstü ərazidə yerləşir. Ərazinin yaxın ərazilərində, xüsusən də N.Nərimanovun heykəlinin aşağı və yan hissələrində ağır texnika ilə aparılan söküntü- qazıntı işləri də bu sürüşmə ehtimalına təsiri reallaşdırır.
Bütün hallarda Yapon mütəxəssisləri yerin təkini xüsusi qurğularla öyrəndikdən sonra bu və ya digər suallara aydınlıq gətiriləcək.
A.Məmmədli