Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Alyaskada Rusiya prezidenti Vladimir Putinlə Ağ Ev rəhbəri Donald Trampın görüşünə həsr olunmuş suvenirlər peyda olub.
Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Ankoricdəki bir sıra ən böyük suvenir mağazaları ölkə liderlərinin avqustun 15-nə planlaşdırılan görüşünə həsr olunmuş məhsulları təqdim etməyə hazırlaşır, – işçilər və sahiblər bildiriblər.
“Bloomberg” daha əvvəl mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ və Rusiya rəsmiləri Tramp və Putin arasında Alyaskada keçiriləcək görüş ərəfəsində hazırkı cəbhə xəttində Ukraynadakı münaqişəyə son qoyacaq razılaşmanı müzakirə edirlər. Ehtimal olunur ki, Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərinin bir hissəsinə nəzarəti özündə saxlayacaq.
E.ŞİRİNOV