Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xəbər verdiyimiz kimi, 30-31 iyul 2025-ci il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutu (Bakı), “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Bakı), İtaliyanın Beynəlxalq YOCOCU Assosiasiyası (Roma), Türkiyənin Adnan Menderes Universiteti (Aydın) və Şimali Makedoniyanın Qabaqcıl Tədqiqatlar Mərkəzinin (Skopye) birgə təşkilatçılığı ilə Bakı şəhərinin Bayırşəhər tarixi mərkəzində keçirilmiş və Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Əliyevin əziz xatirəsinə həsr olunmuş beynəlxalq simpoziumda iştirak edən alim və tədqiqatçılar tərəfindən qəbul edilmiş müraciət geniş rezonans doğurmuşdu. Təşkilat Komitəsindən “Təzadlar”a daxil olan müraciətdə isə deyilirdi ki, “Biz, 30-31 iyul 2025-ci il tarixlərində Bakıda keçirilmiş “Tarixi Yerlər və Abidələr” V Beynəlxalq Bakı – Bayırşəhər Simpoziumunun iştirakçıları olaraq, Bayırşəhər adlanan tarixi ərazinin gələcək nəsillər üçün qorunması, öyrənilməsi və davamlı inkişafı istiqamətində aşağıdakı müraciətlə çıxış edirik. Bayırşəhər – XIX əsrin sonu və XX əsrin əvvəllərində formalaşmış unikal memarlıq silueti, sosial və mədəni yaddaşı ilə seçilən şəhər fraqmentidir. Bu ərazi təkcə Bakı üçün deyil, həm də Azərbaycan və bütövlükdə Cənubi Qafqaz regionu üçün nadir tarixi-urbanistik dəyərə malikdir” və s.
Bir daha xatırladırıq ki, Bayırşəhər Simpoziumun iştirakçıları ərazidə tarixi binaların kimlərinsə göydələn tikintisi tamahına tuş gəlməməsi üçün aidiyyəti dövlət qurumlarına da müraciətlərindən qalmamaqda israrlıdırlar. Belə bir müraciət AMEA-nın Prezidenti İsa Həbibbəyliyə ünvanlanmışdır. Bu günlərdə AMEA rəhbərliyindən Bayırşəhər sakinlərinə şad xəbər və ümidləndirici rəsmi məktublar və Rəy göndərilmişdir. “Təzadlar”a göndərilən həmin rəy və cavab məktubunu aşağıda tərdim edirik:


Təqdim etdi: A.Məmmədli