Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 Oktyabr 2021 / 05:32

AMEA-NIN DAHA 2 İNSTİTUTUNUN DİREKTORU VƏZİFƏSİNDƏN AZAD OLUNDU

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) iki institutunun və Mərkəzi Nəbatat Bağının direktoru vəzifələrindən azad olunub.

Bunlar Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu; Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova və Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyevdir.

Qeyd edək ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsinin icrası müvəqqəti olaraq tarix elmləri doktoru Nəcəf Müseyibliyə, Mərkəzi Nəbatat Bağının baş direktoru vəzifəsinin icrası müvəqqəti olaraq Natiq Allahverdiyevə həvalə olunub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!