Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 İyun 2025 / 09:17

Amerikanın Ukraynaya marağı itib?

Birləşmiş Ştatlar Ukrayna üzrə təmas qrupunun iclasında iştirak etməməklə Kiyevə xarici siyasətində dəyişikliklə bağlı açıq siqnal göndərir.

Tezadlar.az xəbər verir ki, bu barədə  Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Larri Conson özünün YouTube kanalında bildirib.

“Pentaqon rəhbəri tarixdə ilk dəfədir ki, Ukrayna üzrə təmas qrupunun görüşündə iştirak etməyəcək. Bu, heç də təsadüf ola bilməz. Birləşmiş Ştatlar münaqişəyə marağı itirmək siqnalı verir”, – o qeyd edib.

Consonun sözlərinə görə, prezident Donald Trampın dövründə xarici siyasətdə köklü dəyişiklik baş verib. Birləşmiş Ştatlar öz maraqlarını Asiya-Sakit okean regionuna yönləndirərək Rusiya ilə Ukrayna arasında münaqişə layihəsindən imtina edib.

İyunun 4-də Amerika mediası Pentaqonun rəhbəri Pete Hegseth-in Ramstein-də Ukrayna ilə bağlı ilk dəfə iclası buraxacağını və hətta videobağlantı vasitəsilə iştirak etməyəcəyini yazmışdı.

Agentliyin mənbələri bildiriblər ki, Hegseth də tədbirin video konfransında iştirak etməyəcək.

“AP” agentliyi yazıb ki, ABŞ Ukraynadakı hərbi əməliyyatlardan uzaqlaşmaq üçün bir sıra addımlar atır.

Politoloq daha əvvəl Ukraynanın niyə danışıqlara girdiyini açıqlamışdı.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!