Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Amur vilayətində An-24 qəzasında həlak olanların yaxınlarına hər birinə 5 milyon rubl ödəniləcək.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya hökuməti nəqliyyat naziri Andrey Nikitinin sədrliyi ilə hökumət komissiyasının iclasının yekunlarına dair bəyanatında bildirib.
“Amur vilayətində “An-24″ təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına hər birinə 5 milyon rubl təzminat ödəniləcək. Müvafiq idarələrə ödənişlər üçün müraciətlərin tez bir zamanda qəbul edilməsi və baxılması tapşırılıb”, – məlumatda deyilir.
“An-24”-ün göyərtəsində olan hər bir şəxsin ailəsi sığorta şirkətindən 2 milyon 25 min rubl, daşıyıcıdan 2 milyon rubl, regional hakimiyyət orqanlarından isə 1 milyon rubl maliyyə yardımı alacaq.
E.ŞİRİNOV