Əsas məzmuna keç

Anardan mədəniyyətimizin dünyada təbliğinə çağırış

Azərbaycan mədəniyyəti hələ lazımi səviyyədə dünyaya təqdim edilməyib.

Tezadlar.az xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Milli Məclisin Mədəniyyət komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirdiyi ictimai müzakirədə deyib.

O, Azərbaycan iqtisadiyyatı, siyasəti və ordusunun inkişafı ilə müqayisədə mədəniyyət sahəsinin geridə qaldığını bildirib:

“Bəzən xarici turistlərin Bakı haqqında danışdıqlarına baxıram. Deyirlər ki, İçərişəhərə getdik, filan filmin çəkildiyi yeri gördük. Lülə kabab çox dadlıdır, şəkərbura ondan da dadlıdır. Azərbaycan bu deyil axı. Biz elə etməliyik ki, ölkəmizə gələn turistlər muzeylərimizin qarşısında növbəyə dayansınlar, konsert salonlarımıza gəlsinlər, kitablarımızı oxusunlar. Onda deyə bilərik ki, Azərbaycan dünyaya mədəniyyəti ilə də çıxıb”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…