Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) sabiq rəhbəri Avqust Hanninqə qarşı aparılan araşdırmanın Azərbaycanla əlaqəsi yoxdur.
Tezadlar.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “AnewZ” məlumat yayıb.
Mənbələrin sözlərinə görə, müvafiq məlumatlar Almaniyanın kəşfiyyat orqanları tərəfindən Azərbaycan tərəfinə təqdim edilib.
Almaniya mənbələri bildiriblər ki, iş digər ölkələrə aiddir. Onlar həmçinin bildiriblər ki, A.Hanninq tərəfindən ehtimal ki, əldə edilmiş məxfi materiallar üçüncü tərəflərə ötürülməyib.
Qeyd edək ki, A.Hanninq casusluq, dövlət sirri ilə bağlı cinayətlər və dövlətə xəyanətə cəhd şübhəsi ilə oktyabrın 6-da həbs edilib. Almaniya prokurorluğu bu işlə bağlı ölkələrin və ya kəşfiyyat xidmətlərinin adlarını çəkməyib.







