Əsas məzmuna keç

Ankara “Sezar” qanununun ləğvindən məmnunluğunu bildirib

Türkiyə ABŞ-nin “Sezar” qanununu ləğv etməsindən məmnundur.

Tezadlar.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Öncü Keçelinin sosial şəbəkə paylaşımında qeyd olunub.

“ABŞ-nin Suriyaya qarşı “Sezar” qanunu çərçivəsindəki sanksiyaları ləğv etməsini məmnuniyyətlə qarşılayırıq. Bu addım Suriyanın yenidən qurulması və inkişafı ilə bağlı beynəlxalq əməkdaşlığı daha da təşviq edəcək”, – Keçeli bildirib.

Qeyd edək ki, “Sezar” qanunu Suriyada öz xalqına qarşı vəhşilikləri dəstəkləyənləri və maliyyələşdirənləri əhatə edirdi. Sanksiya Bəşər Əsəd rejimini dəstəkləyənlərə və onunla əməkdaşlıq edənlərə də şamil olunub.

ABŞ bu il noyabrın 10-da həmin sanksiyaları nisbətən yumşaldıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…