Əsas məzmuna keç

Ankara: Suriyanın yanındayıq

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Suriyanın Homs vilayətində məsciddə törədilən terror aktını pisləyib.

Tezadlar.az xəbər verir ki, bu barədə nazirliyin bəyanatında bildirilib.

“Hücum zamanı həyatını itirənlərə Allahdan rəhmət diləyirik, Suriya hökuməti və xalqına başsağlığı veririk” , – bəyanatda qeyd olunub.

Türkiyənin bütün təxribatlara baxmayaraq, Suriyanın yanında olduğu bəyan edilib.

Qeyd edək ki, Suriyanın mərkəzi hissəsində yerləşən Homs vilayətindəki İmam Əli məscidinə cümə namazı zamanı təşkil edilən silahlı hücum nəticəsində 8 nəfər ölüb, 18 nəfər yaralanıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…