Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün ABŞ prezidenti Donald Tramp və digər qorunan şəxslər Ağ Ev yaxınlığında baş verən atışmada xəsarət almayıblar. Tezadlar.az CNN- ə istinadla xəbər verir ki, bu barədə ABŞ Məxfi Xidmətinin açıqlamasında bildirilib.
“Agentlər arasında itki olmayıb. Hadisə baş verən zaman prezident Ağ Evdə idi və bu, qorunan şəxslərə və ya aparılan əməliyyatlara təsir etməyib”, – sənəddə deyilir.
Bəyanatda qeyd olunub ki, hücumçu 17-ci küçə və Şimal-Qərb Pensilvaniya prospektindən yaxınlaşıb (bu atışma yerindən Ağ Ev ərazisinə qədər olan məsafə təxminən 150 metrdir – Qeyd), silah çıxarıb və atəş açmağa başlayıb. Məxfi Xidmət agentləri cavab atəşi açaraq hücumçunu yaralayıblar. Daha sonra o, yaxınlıqdakı xəstəxanaya aparılıb və həkimlər onun öldüyünü bildiriblər. Agentlik atışmada bir nəfərin yaralandığını bildirib, lakin onun vəziyyəti barədə ətraflı məlumat verməyib.
Qeyd edək ki, Federal Təhqiqatlar Bürosunun əməkdaşları hadisə yerində araşdırma aparırlar. “New York Post” məlumat yayıb ki, hadisəni törədən 21 yaşlı Nasire Bestdir.