Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Aparıcı İlqar Mikayıloğlu II sinif kitabında dərc edilmiş “Mənim atam” şeirini tənqid edib.
Tezadlar.az xəbər verir ki, aparıcı proqramında şeiri səsləndirib və təhsil nazirinə müraciət edib:
“Belə şeir olar? Məktəbdə ikinci sinif üçün yazılıb. Biz də məktəbdə oxumuşuq. Abbas Səhhət, Abdulla Şaiq şeirləri yer alırdı. “Buz və uşaq” şeiri var idi. Təhsil nazirliyi, başa düşürəm, uşaqların yükü çoxdur, nəsə öyrənməlidirlər. Bu nədir? Bunu yazan nə yeyib ki, kefdə olub, bunu yazıb? Bu cür şeirlə böyüyən şəxs böyüyəndə “ayə hare gedirsən” tipdə olacaq. Hörmətli təhsil naziri, uşaqlara başqa şey öyrədin”.