Arbitraj məhkəməsi Volkswagen AG-nin Rusiyadakı aktivlərinə qarşı iflas proseduruna başlayıb

Moskva Arbitraj Məhkəməsi Almaniyanın Volkswagen AG avtomobil konserninin Rusiyada yerləşən aktivlərinə qarşı iflas proseduruna başlayıb.

Tezadlar.az TASS-a istinadən xəbər verir.

“Volkswagen AG-yə qarşı yerli iflas prosedurunu və altı ay müddətinə Rusiya Federasiyasının ərazisində yerləşən və onunla əlaqəli əmlaka qarşı iflas prosedurunu tətbiq edin. Kreditorların tələbləri reyestrinə “Kameya” ASC-nin 16,9 milyard rubl məbləğində iddiasını daxil edin”, – hakim Valeri Marasanov qərarın operativ hissəsini elan edib.

E.ŞİRİNOV

Xəbəri paylaş

Xəbər lenti