Əsas məzmuna keç

Arda Güler “Real”la müqaviləsini uzatmağa razılaşıb

“Real”ın yarımmüdafiəçisi Arda Güler Madrid klubu ilə müqaviləsini uzatmaq barədə razılığa gəlib. 

Tezadlar.az xəbər verir ki, yeni müqavilənin 2031-ci ilə qədər nəzərdə tutulduğu bildirilir. Hazırkı sözləşməsi 2029-cu ilin yayında başa çatacaq türkiyəli futbolçunun “Real”da qalma müddəti daha iki il artırılacaq.

21 yaşlı oyunçu transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub.

Qeyd edək ki, 23 yaşlı futbolçu 2023-cü ilin yayında “Fənərbaxça”dan “Real”a keçib. O, Madrid klubunda bütün turnirlərdə 119 oyun keçirib, 19 qol vurub və 28 məhsuldar ötürmə edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…