Əsas məzmuna keç

Arda Gülərin hərəkəti qalmaqala səbəb oldu

“Real Madrid” və “Sevilya” komandaları arasında keçirilən qarşılaşma mübahisəli hakim qərarları ilə gündəmə gəlib. Xüsusilə türk futbolçu Arda Gülərin rəqib futbolçuya dirsək zərbəsi endirməsindən sonra meydandan qovulmaması “Sevilya” tərəfinin ciddi narazılığına səbəb olub.

Tezadlar.az xəbər verir ki, “Sevilya”nın baş məşqçisi Luiz Qarsiya Plaza hakimlərin həmin epizodda düzgün qərar vermədiyini bildirib. Onun fikrincə, Arda Gülər qırmızı vərəqə ilə cəzalandırılmalı, Madrid klubu isə oyunun böyük hissəsini azlıqda keçirməli idi.

Qalmaqalı daha da böyüdən məqam isə həmin epizoddan az sonra Arda Gülərin qol vurması olub. Türkiyəli futbolçu qarşılaşmanın 30-cu dəqiqəsində hesabı açaraq “Real Madrid”i önə keçirib.

Qeyd edək ki, qarşılaşma “Real Madrid”in 4:1 hesablı qələbəsi ilə başa çatıb. Kylian Mbappe iki dəfə, Arda Gülər və Yan Diomande isə bir dəfə fərqləniblər. “Sevilya”nın yeganə qolunu Manu Bueno vurub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…