22 Avqust 2021 / 10:50

“ARTİLLERİYA ATƏŞİNİN USTALARI” BEYNƏLXALQ MÜSABİQƏSİNİN İŞTİRAKÇILARI ÜÇÜN BRİFİNQ KEÇİRİLDİ

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin başlaması ilə bağlı iştirakçılar üçün brifinq keçirilib.

Müdafiə Nazirliyinə istinadən bildiririk ki, brifinqdə iştirakçılara təhlükəsizlik qaydaları çatdırılıb, yarışların xüsusiyyətləri və keçirilmə şərtləri izah olunub, ərazinin maketi üzərində atəş və döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilmə hədləri göstərilib, eləcə də poliqonun infrastrukturu və maddi-texniki bazası ilə bağlı məlumat verilib

Qeyd edək ki, avqustun 25-dən baylayacaq müsabiqədə Azərbaycan Ordusu 22 hərbi qulluqçu ilə təmsil olunur.
Artilleriyaçılarınızın müsabiqəyə hazırlığı davam edir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!