Əsas məzmuna keç

“Artıq Azərbaycanla Ermənistan arasında ticarət münasibətləri yaradılıb”

“Azərbaycanla Ermənistan arasında ticarət münasibətləri yaradılıb”. Tezadlar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün ABŞ nümayəndə heyətini qəbul edərkən bildirib. Əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyən İlham Əliyev bu məsələdə ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi vurğuladı. Azərbaycan Prezidenti regional sülh gündəliyinin irəli aparılması üçün ölkəmizin bundan sonra da səylərini davam etdirəcəyini bildirib. Dövlətimizin başçısı artıq Azərbaycanla Ermənistan arasında ticarət münasibətlərinin yaradıldığını deyərək, bu xüsusda Azərbaycanın neft məhsullarının Ermənistana ixrac edildiyini, həmçinin Qazaxıstan və Rusiyadan buğdanın Azərbaycan ərazisindən keçməklə Ermənistana ixracının həyata keçirildiyini vurğulayıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…