“Təzadlar”ın elektron poçtuna son bir həftədə aşıqlardan 6 şikayət və giley- güzarlı məktub daxil olub. Bəzən şikayət məktublarını dərc edəndə redaksiyanı qərəzli olmaqda qınayırlar. Çap etməyəndə isə qarşı tərəf fərqli düşüncələrə sahib olur ki, görəsən niyə şikayətimizə diqqət yetirilmədi, yaxud ört- basdır edildi?
Aşağıdakı şikayət məktubunda isə söhbət açılan məsələ birbaşa Aşıqlar Birliyinin sədrinə ünvanlıdır. Təqdim edirik: “Hörmətli redaksiya! Son illər illər Aşıqlar Birliyi niyə ustad aşıqların yubileyini qeyd etmir? Məsələn, bu il Əməkdar mədəniyyət işçisi, uzun llər ADİU-da Aşıq sənəti kafedrasına rəhbərlik etmiş alim-aşıq, ustad sənətkar, Əməkdar mədəniyyət işçisi Əhliman Rəhimovun 70, bu gün yeganə Prezident təqaüdçüsü olan Əməkdar mədəniyyət işçisi Ulduz Quliyevanın isə 80 illik yubiley ili idi. Heç biri qeyd olunmadı. Hətta Ulduz xanımın özünün təşkil etdiyi yubiley tədbirinə də qatılmadı Məhərrəm Qasımlı, adını adicə təbriknamə ilə də anmadı. Niyə? Yaxşı olar ki, bu haqda Ulduz xanımın özündən soruşasınız (tel: 050 … 69 12)
Bütün ölkə Qərbi Azərbaycanla bağlı tədbirlər keçirdiyi halda Aşıqlar Birliyi heç olmasa əslən Qərbi Azərbaycandan olan ustad aşıq İsgəndər Ağbabalının 100 illik yubileyini də qeyd etmədi. Çünki qohumları gəlib Məhərrəmə bunun üçün pul təklif etmədi. Ulduz xanım da tədbirin keçirilməsi üçün ondan istənilən 5000 manatı vermədiyinə görə Muğam Mərkəzinə təyin olunmuş tədbir keçirilmədi…”.
Ulduz xanımdan soruşduq, fakt təsdiqləndi.
Daha ətraflı bəhs olunacaq. Və çox istərdikş Məhərrəm Qasımlı özü də bu şikayətdə qeyd edilənlərə mövqeyini bildirsin.
“Təzadlar”ın Araşdırma Qrupu