23 Fevral 2026 / 16:15

Aşıqlar od püskürdü: “Məhərrəm Qasımlı…”

“Hörmətli “Təzadlar”! Hər şeydən öncə sizə təşəkkür edirəm ki, aşıq sənətinin bu günkü problemləri və Aşıqlar Birliyindəki neqativ hallarla bağlı yazılara saytınızda və qəzetinizdə yer ayırırsınız. Məhz elə bunun sayəsəində də deyəsən bu “yaradıcılıq təşkilatına” müvafiq qurumlar diqqət ayırmağa başlayıb. Və indiyədək deyilən tənqidi hallar obyektiv araşdırılarsa, 10 ildir bu Birliyə rəhbərlik edən professor Məhərrəm Qasımlının kimə güvənərək hansı oyunlardan çıxması və indiyədək bunu necə gizli saxlaya bilməsi aydın olacaq. Atrıq sizin qəzetdə də yazıldığı kimi, Məhərrəm Qasımlı hər zaman Ramiz Mehdiyevin adamı olub (bu müddət ərzində qəzetin yazdığını təkzib etməməsi də bunu sübut edir), amma bunu uzun müddət gizli saxlaya bilib. Məhz elə R.Mehdiyevin sayəsində də “Əməkdar elm xadimi” (2015) fəxri adını alıb, “Şöhrət” ordeni (2018) ilə təltif olunub. Ümummilli lider Heydər Əliyevin vəfatından keçən 20 ildən artıq bu müddətdə bircə dəfə də olsun onun məzarını ziyarət etməsə də Heydər Əliyevin anadan olmasının 100 illiyi yubiley medalı ilə təltif olunub. Möhtərəm prezident İlham Əliyevin bu ilin noyabr ayının əvvəllərində AMEA-nın 80 illik yubileyində iştirak etdiyi tədbirə də getməyib.

***

Xalq şairi Zəlimxan Yaqubun vəfatından sonra bu təşkilata sədr gətirilən (məhz gətirilən, seçilən yox) professor Məhərrəm Qasımlının rəhbərlik etdiyi 10 ildə Aşıqlar Birliyi nə işlə məşğuldur, bir Allah bilir, bir də Məhərrəm Qasımlının özü.  Məhərrəm Qasımlı Aşıqlar Birliyinə sədr gələndən aşıq sənətinə bir növ düşmən kəsildi, təşkilata özünün şirkəti kimi baxdı.  Onu bu vəzifəyə gətirən Ramiz Mehdiyevin maraqlarını müdafiə edərək aşıq sənətinə arxa çevirməyə başladı.

Fəaliyyətə başladığı ilk gündən Birlikdə çalışan bütün əməkdaşları (hətta xadiməyə qədər) işdən çıxarıb özünə sərf edənləri istədiyi vəzifəyə təyin etdi. Adının çəkilməsini istəməyən bir ustad aşığın dediyinə görə, Zəlimxan Yaqubun vaxtında çalışanlardan yalnız Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunu çıxara bilməyib, ancaq onu “oyundankənar” vəziyyətdə saxlamağa çalışıb. Əvəzində aşıq Altay Məmmədlini özünə müavin edib. Bütün səlahiyyətləri də ona verib. Çoxları da düşünüb ki, Altay həm aşıqdır, həm də aşıq sənətindən dərs deyir. Burda çalışması da yerinə düşür. Amma bu təyinatda da M.Qasımlının niyyəti başqa olub. Axı bu gün çoxları bilməsə də, Altay Məmmədli keçmiş cəbhəçidir və Ramiz Mehdiyevin tapşırıqlarının yerinə yetirilməsində işə yarayırdı.

Özünün işə götürdüklərini də sonradan müxtəlif bəhanələrlə işdən uzaqlaşdırıb. Daha heç kəs də soruşmayıb ki, aşıq sənətinin dərin bilicisi olan Məhəmmədəli Məşədiyevi niyə işə götürmüşdün, niyə də qovdun? Yaxud, Əməkdar incəsənət xadimi, UNESCO-nun eksperti Sənubər Bağırovanı hansı səbəbədən işdən çıxardın? Yoxsa, ona görəmi ki, onlar əyri işlərini həyata keçirməkdə sənə mane olurdular?

***

M.Qasımlı Aşıqlar Birliyinə sədr gətiriləndə AMEA Ədəbiyyat İnstitutunun direktor müavini idi. Eyni zamanda ali məktəbdə dərs deyir, televiziyada veriliş aparırdı. O zaman heç kəs də soruşmadı ki, bu qədər vəzifəni eyni zamanda necə apara bilər bu adam? Özü isə bu barədə söz düşəndə deyir ki, Aşıqalr Birliyində yarımştat işləyirəm. Daha kimsə də demədi ki, böyük bir yaradıcılıq təşkilatına necə yarımştat sədr olmaq olar? Bəs sədr vəzifəsinin o biri yarısını kim icra edir? Yarımştat sədr olar?

Aşıqlar Birliyinin fəaliyyətindəki nöqsanlar o həddə çatıb ki, hələ birt neçə il öncə bu haqda İrandakı aşıq soydaşlarımız da dilə gələrək öz etirazlarını Azərbaycanın müxtəlif dövlət qurumlarına bildiriblər. Azərbaycan Aşıqlar Birliyinin bəzi məsələlərdə İrandakı aşıqlara, orda yaradılmış Aşıqlar Birliyinə dəstək olmaq əvəzinə, müxtəlif yollarla onlara əngəllər yaratmalarından bəhs edilib. O da qeyd olunub ki, Azərbaycan Respublikasının 2019-cu ildə Aşıqlar Birliyinə əlavə birdəfəlik yardım kimi ayardığı vəsait hesabına nəşr etdirdikləri “Ozan-aşıq ensiklopediyası”ndan heç olmasa onlara bircə nüsxə də verməyiblər ki, bu tay aşıqları ilə daha yaxından tanış olsunlar. Deyiblər ki, satışda (?!) var və iki cild olan kitabın hər cildi 40 manatdır.

M.Qasımlı 2020-ci il sentybarın 9-da moderator.az saytına verdiyi müsahibədə özü də təsdiq edir ki, aşıqlara hansı gözlə baxır.  (https://www.moderator.az/ru/news/342546.html )  Azərbaycan Aşıqlar Birliyindən dəstək görmədiklərini söyləyən İran Aşıqlar Birliyinin sədri S.Şahbazinin dediklərinə cavab olaraq görün nə deyir:   “Bunlara heç əhəmiyyət də vermirəm və yazılanların hamısı cəfəngiyyatdır. S.Şahbazi özünü yalandan İran Aşıqlar Birliyin sədri elan edib, elə bir birlik yoxdur.”  “Səlcuq Şahbazi mənim haqqımda dəfələrlə bu cür mənasız məktublar yazıb. O, səviyyəsiz adamın biridir. Bunlara heç əhəmiyyət də vermirəm və yazılanların hamısı cəfəngiyyatdır. S.Şahbazi özünü yalandan İran Aşıqlar Birliyinin sədri elan edib, elə bir birlik yoxdur. İran aşıqları Azərbaycana gəlib-gedirlər və heç biri də S.Şahbazini saymırlar. İkincisi də bizə bunun nə aidiyyatı var, İranda öz işlərini görsünlər də. O, adam özü dəfələrlə bizim Mədəniyyət Nazirliyinə məktublar yazıb kömək istəyib və mən onlara mane olduğum üçün haqqımda belə şeylər yazırlar. Çünki onlar bəzi maxinasiyalar törətmək istəyirdilər. İran Aşıqlar Birliyinin bizim nazirliyə nə aidiyyatı var. Getsin İranın Mədəniyyət Nazirliyindən diqqət və qayğı istəsin. Mən burdakı aşıqların ancaq halına yanıram. Mənim çap etdiyim kitab da bu aşıqlara aiddir, onlara yox. “Ozan Aşıq Ensiklopediyası”nı nəşr etmişəm və hələ bir kitab da satılmayıb. Əgər kitab satılsa, elə o pulu birliyin probleminə yönəldərik. Min səhifəlik bir kitab 40 manat olmalıdır da. Bəlkə İran aşıqlarına bunu müftə paylayım? Qeyrətləri varsa, bir kitab da onlar alsınlar, indiyə kimi bir kitab da satılmayıb”.

IMG WA

Adamın məntiqinə baxın! Cənubdakı aşıqlar kömək üçün üz tutur, bu isə rədd edir. Çünki ağası Ramiz Mehdiyev belə istəyirdi. M.Qasımlının  əməlləri barədə bundan əvvəl də yazdığımızdan bəzi digər məqamlara toxunmaq istəyirəm. Adam normal əmr yazmağı da bacarmır heç. 07 fevral 2020-ci il tarixli 1 №-li əmrlə Sevil Firudin qızı Xıdırovanı Azərbaycan Aşıqlar Birliyinin  Türkiyə üzrə koordinatoru (əlaqələndirici) təyin edir. Daha göstərilmir ki, belə bir əmrin verilməsinə əsas nədir, adam nə qədər maaş alacaq, yaxud, ictimai əsaslamı çalışacaq? Digər tərəfdən, başa düşmək olmur ki, Bakıda oturub necə Türkiyədəki aşıqlara koordinatorluq edir? Əmrin verilməsindən keçən bu 6 ildə fəaliyyəti nədən ibarət olub?

Yaxud, Gürcüstan vətəndaşı aşıq Ramin Qqarayevin Moskvadakı konsertində M.Qasımlı hansı statusla iştirak edirdi ki, hətta afişada da şəkli var? Adam gedib bir restoranda konsert verib pul qazanır, bəs sən neynirsən orda?

Aşıqlar Birliyinə ayrılan dövlət vəsaitini hara gəldi xərcləməkdənsə, niyə Beynəlxalq Aşıq festivalı keçirmirsən? Z.Yaqubun vaxtında iki dəfə keçirilən bu festival niyə unuduldu? Niyə ustad aşıqların yubileyləri qeyd olunmur? Bu gün yeganə Prezident təqaüdçüsü aşıq olan Əməkdar mədəniyyət işçisi Ulduz Quliyevanın 80 illik yubileyi niyə qeyd olunmadı? Müvafiq rəsmi dövlət qurumları tərəfindən qeyd olunduğu halda ki, qeyri-hökumət təşkilatlarının medal təsis eləməsi qeyri-qanunidir, məhz bundan sonra “Ustad aşıq” medalı düzəltdirib son günlərədək kimə gəldi (daha doğrusu, kimə sərf edirsə) verməsini necə izah etmək olar?  Bu medalı hansı şərtlərlə verir, bir özü, bir də medal verdiyi aşıqlar bilir.

VESIQE

Soruşan yoxdur ki, 2019-cu ildə digər yaradıcılıq təşkilatları kimi, Aşıqlar Birliyinə də ayrılan 250.000 manat vəsait hara, necə xərcləndi? Bu vəsaitin yarıdan çoxunu bir kitaba xərcləmək nə qədər düzgün idi? “Aşıq ensiklopediyası” adına biabırçı bir kitaba bu qədər vəsait xərcləməyə dəyərdimi?  Hər il müxtəlif kitablar adıyla külli miqdarda vəsait silinir. Adamdan soruşan da yoxdur ki, axı, bu kitablar kimə gərəkdir? Əgər doğrudan da bunların çapı vacibdirsə, niyə bunları Akademiyanın Ədəbiyyat İnstitutunda müdiri olduğun şifahi xalq ədəbiyyatı şöbəsinin xətti ilə çap etdirmir?   Kitab çap etdirmək üçün vəsait köçürdüyü “NİGAR KM” adlı nəşriyyat nə vaxt və kim tərəfindən yaradılıb, hazırda fəaliyyət göstərirmi? Məhərrəm Qasımlının Aşıqlar Birliyinə sədr olana kimi neçə kitabı nəşr olunub, sədr vəzifəsinə keçəndən sonra nə qədər? Özünün kitabları niyə Aşıqlar Birliyinin vəsaiti hesabına nəşr olunmalıdır? Birliyin nəşri kimi “Ozan dünyası” jurnalı nəşr olunduğu halda, ikinci bir jurnalı da buraxmağa ehtiyac (“Ozan”) hansı zərurətdən yaranıb?

***

Ümumiyyətlə, Məhərrəm Qasımlı Aşıqlar Birliyində əməlli-başlı kitab biznesi qurub. Aşağıda adlarını qeyd etdiklərimizin Aşıqlar Birliyinin “əməkdaşı” olduqlarını, buradan maaş aldıqlarını ən azından orda çalışan digər əməkdaşları tanıyıbmı, bircə gün də olsa işdə görən olubmu:

  1. Mahmudova Aysel Pənah qızı
  2. Camalova İlahə Məzahir qızı
  3. İbrahimova Xatirə Abgül qızı
  4. Əliyeva Mehparə Hidayət qızı
  5. Əsədova Elza Sərdar qızı
  6. Camalov Emil Nadir oğlu
  7. Quliyev Əli Tapdıq oğlu və s.

Bunlardan bircə nəfərin işdən çıxmaqlarına dair ərizələri varmı? Aşılqar Birliyində zurna-balabançı ştatına hansı zərurətdən ehtiyac yaranıb?Məhərrəm Qasımlıya kim səlahiyyət verib ki, istədiyi vaxt bir ştatı ləğv edir, yenisini yaradır?

Əhməd Əhmədov,

aşıq, araşdırmaçı

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!